Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” yeni mobil kondisionerini təqdim edib


“Xiaomi” şirkəti stasionar kondisioner istəməyən və quraşdırmaq imkanına malik olmayan istifadəçilər üçün mobil həll təqdim edib. Yeni mobil kondisionerin əsas özəlliyi kiçik ölçüsü, mürəkkəb montaja ehtiyacın olmaması və “MIJIA” “ağıllı” ev sisteminə qoşulma dəstəyidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yenilik “New Widetech” şirkəti tərəfindən işlənib hazırlanıb.
 
İstehsalçı əmin edir ki, kondisioner 11-17 kv.metrlik ərazi üçün nəzərdə tutulub. Bu halda yenilik stasionar montaj tələb etmir və adi məişət cihazı kimi istənilən otaqda yerləşdirilə bilər. Qurğuda bir neçə rejim nəzərdə tutulub.
 
Mobil kondisionerin qiyməti 226 dollardır.
 
Emil Hüseynov






02/05/20    Çap et