Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçisi Qafqaz Universitetində olub


 “Sumqayıt Bloq Günü” münasibətilə Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçisi Qafqaz Universitetində olub.

 

Qafqaz Universitetindən bildiriblər ki, “Sumqayıt Bloq Günü”nün əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq internetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir. 

 

Tədbir iştirakçıları Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə ediblər.






06/12/11    Çap et