Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “5G” şəbəkələrində məlumatların ötürülmə sürəti üzrə rekorda imza atıb


Finlandiyanın "Nokia" şirkəti "5G" şəbəkələrində məlumatların ötürülmə sürətinə görə dünya rekorduna imza atıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Nokia" şirkəti Texas ştatında yerləşən Dallas şəhərində məlumatların ötürülmə sürətinə görə rekorda imza atıb.

 

Nəticədə ABŞ-ın nəhəng operatorlarının kommersiya şəbəkələrinin baza stansiyalarının avadanlıqlarında aparılmış sınaqlar zamanı 4,7 Qbit/san sürət əldə edilib. Bu, "EN-DC" ikiqat texnologiyasının bütün tarixi ərzində ən yüksək sürətdir.

 

Şirkətdən bildirilib ki, belə rekorda imza atılması ABŞ-ın ərazisində "5G"-nin inkişafı üçün vacib mərhələdir.

 

Emil Hüseynov






21/05/20    Çap et