Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

15 yaşlı proqramçı “Twitter” və “Facebook”da boşluqlar aşkar edib


Tərtibatçılar üçün “Twitter” funksiyalarının öyrənilməsi gedişində təhlükəsizlik üzrə 15 yaşlı mütəxəssis Belmin Vehaboviç  səhifələrdən birində xss-boşluq aşkar edib. Boşluğun aşkar edilməsindən sonra Belmin onun haqqında “Twitter” mütəxəssislərinə bildirib. Artıq boşluq aradan qaldırılıb.

“Twitter”-də boşluq aşkar etməzdən bir az əvvəl haker “Facebook” mühəndislərinə sosial şəbəkə təhlükəsizliyində analoji nöqsanın mövcud olması haqqında bildirib və 700 dollar dəyərində mükafat alıb.

Bundan əlavə, o, “Google” korporasiyasının məhsullarında boşluqların axtarışı üzrə  könüllülər komandasının aktiv iştirakçısıdır və yaxın vaxtlarda, təhsili bitirdikdən sonra “Google Security Team” komandasına qoşulmağı  planlaşdırır. Onun adı “Google” təhlükəsizlik zalına yazılıb.





06/12/11    Çap et