Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək


1,5 illik planlaşdırmadan sonra "FABULOS" şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması layihəsi real şəraitdə sınaqlara başlamağa hazırdır. Sürücüsüz mikroavtobusların ən yaxşı modelləri Avropanın 5 şəhərinin ictimai nəqliyyatının bir hissəsi olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, "FABULOS" ("Future Automated Bus Urban Level Operation System") layihəsi 2018-ci ilin yanvarında Avropa Birliyinin maliyyə dəstəyi ilə öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi şəhər infrastrukturuna inteqrasiya edilmiş avtonom ictimai nəqliyyat ideyasının mümkünlüyünü sınaqdan keçirməkdir. Ötən ay Helsinkidə (Finlandiya) pilot layihələrə start verilib, iyunda müvafiq sınaqlar Qesdale (Norveç) və Tallində (Estoniya), daha sonra Yunanıstan və Niderlandda keçiriləcək.

 

50 günlük sınaq zamanı sürücüsüz mikroavtobus prototiplərinin funksionallığı, uyğunluğu və təhlükəsizliyi sınaqdan keçiriləcək.

 

Emil Hüseynov






02/06/20    Çap et