Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkəti ABŞ-da “Streak” planşetinin satışlarını dayandırıb


“Dell” şirkəti ABŞ-da 7 düymlü “Dell Streak 7” planşetinin satışlarını dayandırıb. Bu barədə “Dell” şirkəti bazar ertəsi, dekabr ayının 5-də öz veb-saytı vasitəsilə bildirib.

Şirkət planşet satışlarından imtina etmə səbəbini açıqlamayıb.  “Engadget” bloqu xəbər verib ki, “Dell Streak 7” planşetini əvvəlki kimi digər ölkələrdə almaq mümkün olacaq.

“Dell Streak 7” planşeti “Android” əməliyyat sistemi əsasında işləyir. O, 2011-ci ilin yanvar ayında “CES” sərgisində təqdim edilib və dördüncü nəsil şəbəkəsini dəstəkləyən ilk planşet olub.





06/12/11    Çap et