Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sistemi qrafik quracaq


“Google” şirkətinin axtarış xidməti bəzi funksiyaların qrafikini birbaşa nəticələr olan axtarış səhifəsində quracaq. Bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

Qrafiki qurmaq üçün axtarış sətrinə funksiyanı daxil etmək kifayətdir. Axtarış sisteminin dəstəklədiyi funksiyaların tam siyahısı naməlumdur.

Bundan əlavə, istifadəçilər qrafikin hazırlanma sərhədlərini (" from x to y")  göstərə bilərlər. Tərtibatçılar qeyd edirlər ki, funksiya müasir səyyahlarda işləyir, lakin hansı səyyahlar olduğu dəqiqləşdirilmir.





07/12/11    Çap et