Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Market” internet kataloqundan yükləmələrin sayı 10 milyardı ötüb


“Google” şirkətindən bu gün bildiriblər ki, “Android Market” internet kataloqundan yüklənmiş mobil əlavələrin sayı 10 milyardı ötüb. “Google” bildirib ki, bu hadisəni bayram etmək üçün şirkət 10 gün ərzində “Android Market” internet-kataloqunun 10 bölməsində 10 ən məşhur proqrama 10 sent dəyərində endirim edəcək.


Şirkətin rəsmi bloqundakı məlumata əsasən, hal-hazırda istifadəçilər orta hesabla hər ay 1 milyard əlavə yükləyirlər. Analitiklər qeyd edirlər ki, “Google” şirkətinin təqdim etdiyi göstərici doğrudur, lakin onların əhəmiyyətini şişirtmək lazım deyil, belə ki, “Google” kataloqunda ziyanverici koda yoluxmuş və aşağı keyfiyyətli əlavələr getdikcə çoxalır.

Qeyd edək ki, “Google”-un əməliyyat sistemi hələ 2011-ci ilin əvvəlində  smartfonlar üçün ən məşhur əməliyyat sistemi kimi təsdiq edilib.





07/12/11    Çap et