Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” Avstraliyada istehlakçı hüquqlarının pozulmasına görə 2,4 milyon dollar cərimələnib


Yaponiyanın “Sony” korporasiyasının Avstraliya bölməsi istehlakçı hüquqlarının pozulmasına görə cərimələnib. Belə ki, Avstraliya Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Komissiyası (The Australian Competition and Consumer Commission, ACCC) şirkəti “PlayStation” qurğuları üçün işləməyən oyunlara görə alıcılara pulu qaytarmaqdan imtina etməsinə görə 3,5 milyon Avstraliya dolları (2,4 milyon ABŞ dolları) məbləğində cərimələyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, komissiyanın “Sony Interactive Entertainment Network Europe” şirkətinə qarşı iddiası 2019-cu ilin mayında dörd müştəriyə işləməyən “Sony” oyunlarının alışından və ya quraşdırılmasından 14 gün sonra onlara görə ödənilməli olan pulu geri qaytarmaqdan imtina edildikdən sonra qaldırılıb.

 

“Sony” şirkətinin hərəkəti düzgün deyil və Avstraliya istehlakçılarının müdafiəsi haqqında qanuna uyğun olaraq onların qorunan hüquqlarını əks etdirmir”, – “ACCC” nümayəndəsi Rod Sims qeyd edib.

 

Həmçinin məhkəmə “Sony” şirkətini digər insidentdə müştəriyə onlayn mağazada alış-veriş üçün pulu qaytarmaq əvəzinə, bonus təklif etməsini tənqid edib.

 

Tənzimləyici orqanın bəyanatında deyilir ki, “Sony Europe” qeyd olunan məsələlərə görə məsuliyyət daşımasını etiraf edərək məhkəmə xərclərini ödəyəcək.

 

Nizam Nuriyev






09/06/20    Çap et