Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qrafen əsasında hazırlanmış parça istidə soyuyur və soyuqda isinir


Qrafen əsasında hazırlanmış parça istidə soyuyur və soyuqda isinir. Geyim bunu özü və ya istifadəçinin komandası ilə tənzimləyə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Mançester Universitetinin alimləri tərəfindən hazırlanmış yeni tip "ağıllı" parçanı adaptiv geyimə tətbiq etmək olar: o, isti havada sərinliyi saxlayır və yaxud əksinə. Bu, qrafendən istifadə sayəsində mümkün olur.

 

"İstilik şüasına nəzarət etmək qabiliyyəti bir çox sahə üçün əsasdır – tədqiqatlara rəhbərlik etmiş professor Koskun Kokabas izah edib. Ətraf mühitin istiləşməsi və ya soyuması vəziyyətində hər iki funksiyanın qorunub saxlanılması – bu çətin tapşırıqdır".

 

Emil Hüseynov






22/06/20    Çap et