Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koronavirusa görə blokçeyn bazarı üzrə proqnoz ürəkaçan deyil


Dünyada blokçeyn texnologiyalarına xərclər sürətlə artmaqda davam edəcək, ancaq “COVID-19” pandemiyasına görə artım tempi gözləniləndən aşağı olacaq. Bu barədə “IDC” tədqiqat şirkətinin analitikləri “Worldwide Blockchain Spending Guide” adlı yenilənmiş hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2020-ci ildə blokçeyn texnologiyalarına xərclər ötən illə müqayisədə 57,7% artaraq 4,3 milyard dollara yaxınlaşacaq. Bu, koronavirus pandemiyasınadək olan proqnozdan 7,7% aşağıdır.

 

“IDC” tədqiqat şirkətinin gözləntilərinə əsasən, yaxın illərdə sözügedən bazarın həcmi ildə 57,1% artacaq və 2023-cü ilə 14,4 milyard dollar təşkil edəcək. Asiya-Sakit okean regionunda yüksək illik artım tempi (55,3%) gözlənilir. 2020-ci ildə qlobal blokçeyn xərclərinin 19,3%-i bu regionun payına düşəcək.

 

Emil Hüseynov






23/06/20    Çap et