Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın axtarış sistemi Azərbaycan istifadəçiləri üçün pulsuz antivirus versiyası təqdim edib


Rusiyanın axtarış sistemi "Yandeks" internetin Azərbaycan seqmentində öz istifadəçilərinə pulsuz lisenziya ilə atı ay müddətinə Kasperskinin "Yandeks" antivirus versiyasını təqdim edib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

İstifadə müddəti keçəndən sonra istifadəçilərə xüsusi şərtlərlə antivirusun tam versiyasını əldə etmək imkanı verilir.

Kasperskinin "Yandeks" antivirus versiyasını http://kaspersky.yandex.ru/ ünvanından yükləmək olar.
Lisenziya bir kompüteri müdafiə etməyə, "Yandeks" və "Kasperski Laboratoriyası"nın xüsusi təkliflərindən yalnız bir dəfə istifadə etməyə imkan verir.





08/12/11    Çap et