Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” rekorda imza atıb


“Zoom” proqramı “App Store” internet mağazasından yükləmələrin sayına görə rekorda imza atıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, video konfranslar üçün “Zoom” proqramı son bir neçə ayda sürətlə populyarlaşır, həm də artım tempini qoruyub saxlayır.

 

Məlum olub ki, “Zoom” proqramı “App Store” mağazasından yükləmələrin sayına görə bütün əvvəlki rekordları qırıb. “Sensor Tower”in bu yaxınlarda dərc edilmiş araşdırmasına əsasən, 2020-ci ilin ikinci rübündə yalnız ABŞ-da “Zoom” proqramı 90 milyon dəfə yüklənilib.

 

Emil Hüseynov






21/07/20    Çap et