Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” dizaynını yeniləyir (VİDEO)


“Twitter” mikrobloqlar xidməti daim inkişaf edir və təkmilləşir. “Twitter” cümə axşamı yeni dizayn versiyasını təqdim edib. Güman edilir ki, yeni dizayn xidmətdən istifadəni əhəmiyyətli dərəcədə sadələşdirəcək.

“Twitter”-in yeni versiyasında 4 vərəq var: “Home”, “Connect”, “Discover” və “Me”. Həmçinin, tvitlərin yeri də dəyişib. Onlar səhifənin sağ tərəfində yerləşirlər. Qeyd edək ki, xidmətin mobil və adi versiyaları indi eyni interfeysə malikdirlər.








09/12/11    Çap et