Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” ən güclü kvant kompüterini təqdim edib


“IBM” şirkəti tərəfindən təqdim edilmiş ən güclü kvant kompüterinin hesablama gücünə sənayenin bir çox sahələrində tələb ola bilər. Həm də istənilən şəxs kvant kompüterdən istifadə edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “IBM” tutumu 64-ə bərabər olan kvant kompüterini təqdim edib. Bu, indi istifadəçilərə əlçatan olan ən güclü kvant kompüterdir.
 
Tədqiqatçılar izah ediblər ki, daha yüksək kvant tutumu sistemin imkanlarını genişləndirir. Tədqiqatçılar belə yüksək kvant tutumu sayəsində onu müxtəlif sənaye sahələrində resurs tələb edən problemlərin həllində istifadə edə bilərlər.
 
“IBM” şirkəti gələcəkdə dünyada ən qabaqcıl kvant sistemləri hazırlamağa davam etmək istəyir. Təkcə son 4 ildə “IBM” 28 kvant kompüteri hazırlayıb.
 
Emil Hüseynov





22/08/20    Çap et