Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon”un rəhbərinin sərvəti 200 milyard dollar olub


Dünyanın ən zəngin insanı olan ABŞ-ın “Amazon” korporasiyasının rəhbərinin sərvəti 199,7 milyard dollar olub ki, bu da iş adamı üçün rekord göstəricidir. Bu haqda “Forbes” jurnalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, çərşənbə axşamı “Amazon” şirkətinin səhmlərinin ticarəti zamanı Bezosun sərvəti 200 milyard dollar həddini keçib, amma alğı-satqı əqdlərinin bağlanmasına yaxın bir az azalıb.
 
“Forbes” jurnalının versiyasına görə, Bezos 2018-ci ildən etibarən dünyanın ən zəngin insanlarının reytinqində birinci yeri tutur. İkinci yeri hazırda 115,5 milyard dollar sərvətə malik “Microsoft” korporasiyasının təsisçilərindən biri olan Bill Qeyts tutur.
 
İnternet üzərindən mal və xidmətlərin satışını həyata keçirən “Amazon” şirkəti 1994-cü ildə ABŞ-da Bezos tərəfindən təsis edilib.
 
Emil Hüseynov





27/08/20    Çap et