Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən ucuz “5G” smartfonu təqdim edilib


“Realme” şirkəti “realme V3” adlı ən ucuz “5G” smartfonunu təqdim edib. Yeniliyin qiymətinin ucuz olmasına baxmayaraq, cihaz 8 QB əməli yaddaş, məhsuldar “MediaTek” prosessoru, həmçinin sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən tutumlu akkumulyatorla təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Realme V3” modeli “5G” beşinci nəsil şəbəkələrinin dəstəyini nəzərdə tutan “MediaTek Dimensity 720” platformasına əsaslanır. Cihaz LPDDR4x standartlı 6/8 QB əməli yaddaş, həmçinin 64/128 QB “UFS 2.1” standartlı daxili yaddaşa malikdir. 18 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işləməsini təmin edir.
 
Displeyin diaqonalı 6,5 düym təşkil edir. Smartfonda 1600x720 piksel təsvir ölçülü IPS matris quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
 
Qurğunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera bloku quraşdırılıb. “Realme V3” modeli saniyədə 60 kadr tezliklə Full HD formatında video çəkməyə imkan verir. Həmçinin smartfonda arxa qapaqda yerləşdirilmiş barmaq izləri skaneri nəzərdə tutulub.
 
Emil Hüseynov




01/09/20    Çap et