Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha üç rayonda rəqəmli TV avadanlığı qurulub


Qəbələ, Neftçala, İmişli telestansiyalarında rəqəmsal yayım təmin olunub. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, adıçəkilən stansiyalarda qurulan avadanlıqlar sayəsində qeyd edilən rayonlarla yanaşı  ətraf ərazilərdə də rəqəmli yayım təmin edilib. Texniki direktor yaxın vaxtlarda bütün Azərbaycanda rəqəmsal yayımın təmin ediləcəyini bildirdi.

 Qeyd edək ki, rəqəmsal yayımın hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Cəlilabad, Astara, Poylu, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlardan əlavə ətraf rayonları da əhatə etdiyi bildirilib.





12/12/11    Çap et