Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib


Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və tutumlu akkumulyatora malik ucuz “Nokia 2.4” və “Nokia 3.4” modelləri təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Nokia 3.4” modeli 6,4 düymlük displeylə təchiz edilib. Smartfon plastik arxa qapaqlı alüminium çərçivəyə salınıb. Arxa tərəfdə əsas kamera modulu və barmaq izləri skaneri yerləşdirilib.
 
Smartfonda "Google Assistant"ın sürətli işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub. NFC texnologiyasının tətbiqi mağazalarda təmassız ödəniş etməyə imkan verir. “Nokia 3.4” qurğusu “Android 10”un idarəetməsi altında işləyir.
 
“Nokia 3.4” cihazının texniki xüsusiyyətləri:
 
 
“Nokia 2.4” modeli 6,5 düymlük ekrana malikdir. Arxa qapaqda ikiqat əsas kamera və barmaq izləri skaneri quraşdırılıb. Smartfonda "Google Assistant"ın işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub.
 
“Nokia 2.4” qurğusunun texniki xüsusiyyətləri:
 
“GPS/AGPS”, “QLONASS”, “Beidou”
 
Emil Hüseynov






23/09/20    Çap et