Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ üçün “iPhone 12” özəl funksiyaya malikdir


Yeni "iPhone 12" modellərinin hamısı olduqca sürətli "5G mmWave" texnologiyası ilə işi dəstəkləməyəcək. Bu standart yalnız ABŞ bazarı üçün əlçatan olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "mmWave" texnologiyası ilə işləmə imkanına malik smartfonlarda əlavə antena var. "iPhone 12" modelinin beynəlxalq versiyasında bu detal yoxdur və bu səbəbdən millimetr dalğasında siqnal qəbul edə bilməyəcəklər.

 

"5G mmWave" texnologiyası məlumatların ötürülməsi üçün maksimal sürət təmin edir, amma uyğun baza stansiyasının iş radiusu kiçikdir və onun əhatə dairəsi, məsələn, stadion və ya aeroportu təmin edə bilər. ABŞ-ın "Verizon" mobil operatorunun baş direktoru Hans Vestberq "iPhone 12" modelinin təqdimatında deyib ki, smartfon qiqabit yükləmə sürətini təmin edə bilər.

 

Emil Hüseynov






14/10/20    Çap et