Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Edge” brauzeri “Flash Player” texnologiyasının dəstəyini dayandırır


İlin sonunadək “Edge” və “Internet Explorer” brauzerlərinin istifadəçi versiyaları “Flash Player” texnologiyasının dəstəyini dayandıracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, mənbənin məlumatına əsasən, “Microsoft” şirkəti “Edge” brauzerinin “Canary 88” versiyasından “Flash” texnologiyasını silib. Məlumat üçün bildirək ki, “Canary” tərtibatçılar üçün brauzerin eksperimental versiyasıdır, tətbiq edilən yeniliklər bir neçə həftə sonra istifadəçi versiyalarında reallaşdırılır.
 
Emil Hüseynov




17/10/20    Çap et