Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən etibarlı smartfon istehsalçısı bəlli olub


2020-ci ildə istifadəçilər tərəfindən ən çox etibar edilən smartfon istehsalçılarının onluğuna “Nokia” şirkəti rəhbərlik edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, müvafiq araşdırma “Counterpoint Research” analitik şirkəti tərəfindən keçirilib.

 

Mütəxəssislər smartfonları dörd meyar üzrə qiymətləndiriblər: proqram təminatının keyfiyyəti, təhlükəsizlik sistemi üçün yeniləmələr, quraşdırmanın keyfiyyəti və korporativ seqmentdə istifadə.

 

“Nokia” şirkəti istifadə edilən materialların keyfiyyətinə görə “OnePlus” və “Samsung” şirkətlərini geridə qoyub.

 

Emil Hüseynov






28/10/20    Çap et