Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”: gənclər “iPhone” və “Android”dən beziblər


“Nokia” şirkəti əmindir ki, gənc istifadəçilər “iPhone” smartfonundan beziblər. Çünki axı o, artıq hər kəsdə var. Bu barədə “Pocket-lint”-ə müsahibəsində Finlandiya korporasiyası rəhbərliyinin nümayəndəsi Nils Munksqaard bildirib.

“Android”ə gəlincə, onun sözlərinə əsasən, bu əməliyyat sistemi çox mürəkkəbdir, bundan əlavə onun təhlükəsizliklə bağlı problemləri var.

Nils Munksqaard gənclər üçün yeganə alternativ kimi “Windows Phone”-u görür. Həmçinin “Nokia” nümayəndəsi ən yaxşı “WP” smartfonların Finlandiya şirkəti tərəfindən istehsal edildiyini qeyd etməyi unutmayıb. Onun qurğuları rəqiblərdən yalnız dizayna görə deyil, həm də məsələn, “Mix Radio” kimi xüsusi xidmətləri ilə fərqlənir.





14/12/11    Çap et