Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” proqramları müqayisə etməyə imkan verəcək


“Google Play” mağazasının administrasiyası oxşar tipə malik mobil proqramları müqayisə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. “Android Police” saytı ilk olaraq buna diqqət yetirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, yeni bölmə səhifənin ən aşağı hissəsində, təsvir və şərhlərin altında yerləşdiriləcək. İstifadəçilər “Android” proqramlarını qiymətləndirmə və yükləmə sayı, istifadə rahatlığı, müəyyən funksiyaların mövcudluğu və başqa meyarlar üzrə müqayisə edə biləcəklər.

 

Saytın məlumatına görə, yeni bölmə “Google Play 22.4.28” versiyasında yalnız bəzi istifadəçilər üçün əlçatandır. Hələ ki yalnız müəyyən tip proqramları müqayisə etmək olar.

 

Emil Hüseynov






30/10/20    Çap et