Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar brauzerlər məlum olub


Milyonlarla kompüter istifadəçisi indiyədək köhnəlmiş “Internet Explorer” brauzerindən istifadə edir. Bu haqda “NetMarketShare” agentliyinin araşdırmasına istinadən “TechRadar” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, agentliyin oktyabr ayına olan məlumatına görə, “Windows” əməliyyat sisteminə quraşdırılmış brauzerin bazar payı 5,57% təşkil edib. Nəşrin qiymətləndirməsinə görə, indiyədək milyonlarla fərdi kompüter istifadəçisi köhnəlmiş proqramdan istifadə edir. Bu halda “Microsoft”un yeni brauzeri “Edge”nin bazar payı ilk dəfə 10%-i ötərək 10,22% təşkil edib. Növbəti yerlərdə “Firefox” (7,22%) və “Safari” (3,4%) brauzerləri qərarlaşıblar.

 

Analitiklərin məlumatına görə, “Chrome” ən populyar brauzerdir. “Google” şirkəti tərəfindən dəstəklənən brauzerin bazar payı 69,25%-dir. Həmçinin ilk onluğa “Opera” və “Yandex” brauzerləri daxil edilib.

 

Emil Hüseynov






03/11/20    Çap et