Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Fotobank.az” saytı


Azərbaycanda kommersiya məqsədi daşımayan “Fotobank.az” adlı yeni portal fəaliyyətə başlayıb. Portalın yaradılmasında məqsəd müxtəlif elm sahələri üzrə araşdırıcılara, çeşidli informasiya qaynaqlarına və sadə vətəndaşlara fotolarla yardımçı olmaq niyyətidir. Fotoların əksəriyyətini bu saytdan başqa ikinci bir qaynaqdan tapmaq qeyri-mümkündür.
Yenicə fəaliyyətə başlayan saytda hazırda 5000-dən artıq foto yer alır. Sayt bu gün 4 başlıca qaynağın materialları üzərində qurulub. Belə ki, “Fotobank.az“da Nərmin Tahirzadənin arxivi, Ədalət Tahirzadə və Əlyazmalar İnstitutunun foto arxivləri və özülü hələ yenicə qoyulmuş “Özəl əski ailə fotoları” yerləşdirilib.
Xatırladaq ki, hər üç qaynaqdakı fotolar peşəkar araşdırıcıların əlindən çıxdığına görə onların tarixləri və şəkillərdə təsvir olunan insanların kimliyi mümkün olduğu qədər müəyyənləşdirilib. Bu baxımdan “Fotobank.az” saytı ən mötəbər qaynaq sayıla bilər.
Onu da bildirək ki, saytda geniş müzakirələr aparmaq üçün də imkanlar var.




23/06/11    Çap et