Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni funksiya istifadəyə verilib


“WhatsApp” messenceri 7 gün sonra avtomatik silinən mesajlar funksiyasını istifadəyə verib.
 
“ICTnews”Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "WhatsApp mesajları çox vaxt bizim telefonlarımızda həmişəlik qalır. Yaxınlarımız və dostlarımızla bağlı xatirələr bizim üçün çox vacib olsa da, göndərilən mesajların böyük əksəriyyəti xüsusi əhəmiyyət kəsb etmir. Bununla əlaqədar olaraq sizə “WhatsApp” messencerində avtomatik silinən mesajlar rejimini təqdim edirik" – məlumatda deyilir.
 
Məlumata görə, bu rejim aktivləşdirildikdə çata göndərilən yeni mesajlar 7 gündən sonra avtomatik silinəcək. İstənilən iştirakçı fərdi çatda avtomatik silinən mesajlar rejimini aktivləşdirə və ya deaktivləşdirə bilər. Qrup çatlarında bunu adminlər edə bilər.
 
Yeni rejim bu ay ərzində bütün “WhatsApp” istifadəçilərinə əlçatan olacaq.
 
Emil Hüseynov




05/11/20    Çap et