Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome 16” səyyahı çıxıb (VİDEO)


“Google” şirkəti “Chrome” səyyahının on altıncı versiyasını çıxarıb. Veb-səyyahda bir neçə istifadəçi profilləri ilə işləmək imkanı yaradılıb. Bunun üçün sazlama düyməsinə sıxmaq və "Chrome-a daxil olmaq" punktunu seçmək lazımdır.

Səyyah “Google”-da mövcud olan hesabı seçməyi və ya yenisini yaratmağı təklif edəcək. Bu halda istifadəçi “Chrome” səyyahını hansı qurğuda icra etməkdən asılı olmayaraq, həmişə öz seçilmiş vərəqləri, əlavələri, genişlənmələri və digər parametrlərlə işləyəcək.

Bir kompyuterdə veb-səyyahda dəyişikliklər etdikdən sonra müvafiq dəyişikliklər digər qurğularda da edilmiş olacaq.









14/12/11    Çap et