Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid övladlarını sevindirib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Kontakt Home" mağazalar şəbəkəsi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.

 

Şəhidlərin əmanəti olan övladlar ziyarət olunub və onlara noutbuklar hədiyyə edilib.

 

Ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

 

 

 

 

 

 

 

 

 

 






12/11/20    Çap et