Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinin “Windows” versiyasında avtomatik silinən mesajlar istifadəyə verilib


“WhatsApp” komandası messencerin “Windows” versiyasına avtomatik silinən mesajlar funksiyasını əlavə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu funksiya messencerin 2.2045.19.0 nömrəli yeni yeniləməsinin bir hissəsi olub. Yeniləmə, həmçinin proqramın məhsuldarlığını yaxşılaşdırıb və bir sıra əvvəlki problemləri aradan qaldırıb.

 

Xatırladaq ki, “WhatsApp” messencerinin “iOS” və “Android” üçün versiyalarında avtomatik silinən mesajlar funksiyası daha əvvəl istifadəyə verilib.

 

Emil Hüseynov






16/11/20    Çap et