Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” üçün “Skype”


“Microsoft” şirkəti “Android” əməliyyat sistemi üçün “Skype” əlavəsinin yeni versiyasını təqdim edib. “Skype 2.6” əlavəsində əlaqə siyahısından şəkillərin, videoçarxların və istənilən digər faylların  abunəçilərə göndərilməsi imkanı reallaşdırılıb.

Tərtibatçılar, həmçinin qeyd ediblər ki, əlavə “NVİDİA Tegra 2” platformasına əsaslanan qurğularda daha az resurs sərf edəcək.Yeni “Skype” əlavəsini “Android 2.2” və yuxarı əməliyyat sistemləri ilə işləyən qurğulara yükləmək olar.





15/12/11    Çap et