Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək


Populyar “WhatsApp” messencerində bərkidilmiş video ilə olan mesaj göndərmək daha rahat olacaq. Yeni funksiya barədə “Wabetainfo” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, indi istifadəçi videoçarxı həmsöhbətə və ya çata göndərməzdən əvvəl onun səsini ala bilər. Ekranın sol tərəfində videonun müddəti və tutumu haqqında informasiyanın yanında səsə cavabdeh olan dinamik işarəsi olacaq.

 

Hələlik yeni funksiya beta test mərhələsindədir. Ehtimal ki 2020-ci ilin sonunadək yeni funksiya hər kəsə əlçatan olacaq.

 

Emil Hüseynov






20/11/20    Çap et