Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” elastik ekranlı ucuz smartfon hazırlayır


Cənubi Koreyanın “Samsung” şirkəti qatlanan ekrana malik smartfonunun ucuz variantını çıxarmağa hazırlaşır. Yeni smartfon haqqında informasiyanı “Twitter”də nüfuzlu insayder Ross Yanq təsdiq edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, güman ki smartfon “Galaxy Z Flip Lite” adlandırılacaq, yəni “Z Flip” elastik qatlanan cihazın davamı olacaq. Maraqlıdır ki, ucuz modeldə “Z Flip” qurğusunda istifadə edilən ultranazik şüşə saxlanılacaq.

 

İnsayder yeni qurğunun çıxarılma müddətini, texniki xüsusiyyətlərini və qiymətini açıqlamayıb.

 

Emil Hüseynov






20/11/20    Çap et