Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “iPhone” sahiblərinə "bulud" xidmətində 25 QB yer təklif edib


“Microsoft” korporasiyası “iOS 4.0” və yuxarı əməliyyat sistemi ilə işləyən “iPhone”, “iPad” və “iPod touch” üçün “SkyDrive” əlavəsini çıxarıb. Proqram “SkyDrive” "bulud" xidmətində “anbar”a 25 QB tutumunda giriş verir. Bunun üçün “SkyDrive” xidmətində hesab açmaq lazımdır.

Əlavə vasitəsi ilə “iOS”-qurğu istifadəçiləri smartfondan video və şəkillər yükləyə, qovluqlar yarada və silə bilərlər. Faylları smartfon və ya planşet vasitəsilə redaktə etmək mümkün deyil.





15/12/11    Çap et