Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əsasında olan ilk portativ naviqator


Kanadanın “Satski” şirkəti və Tayvanın “Holux” istehsalçısı yaxın vaxtlarda “All Sports GPS” cib naviqatorunun satışlarına başlamaq niyyətindədir.Qurğu “Android” proqram platformasından istifadə edən ilk portativ “GPS”-naviqator olacaq.

“All Sports GPS” modeli möhkəm korpusa malik olacaq. Naviqatorla birlikdə orqanizmin həyat fəaliyyətinin göstəricilərinə nəzarət etmək üçün nəzərdə tutulmuş müxtəlif “Bluetooth” aksessuarlarından istifadə etmək mümkün olacaq.

Qurğunun digər yeniliklərindən biri inteqrasiya edilmiş “Wi-Fi” adapteridir. Məşhur sosial xidmətlərlə, xüsusilə “Facebook” şəbəkəsi ilə inteqrasiya haqqında da bildirilib.





15/12/11    Çap et