Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika aviaşirkəti sərnişinləri “Samsung Galaxy Tab 10.1” planşeti ilə təmin edəcək


“American Airlines” aviaşirkəti bu günlərdə birinci və biznes-klass sərnişinlərinə bəzi reyslərdə “Samsung Galaxy Tab 10.1” planşet kompyuterləri verəcək.

Qurğu vasitəsi ilə filmlərə, televiziya şousuna baxmaq və musiqiyə qulaq asmaq mümkündür. Gələcəkdə internetə qoşulma da planlaşdırılır.

“Galaxy Tab 10.1” planşetləri ilk əvvəl Nyu-York və San-Fransisko, Nyu-York və Los-Anceles, Mayami və San-Fransisko, Mayami və Los-Anceles arasında uçuşlar edən “Boeing 767-200/300” laynerlərində olacaq.





15/12/11    Çap et