Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkəti həftədə 1 milyondan çox “Kindle” rideri satır


“Amazon” şirkəti bildirib ki, “Kindle” qurğularının satışları pikə nail olub və şirkət hal-hazırda həftədə 1 milyondan çox qurğu satır. Bütün mövcud  “Kindle” qurğuları arasında noyabr ayında təqdim edilmiş “Kindle Fire” planşeti hitdir.

"Kindle” qurğusu “Amazon” şirkətinin tarixində ən müvəffəqiyyətli məhsuldur, o, son 11 həftə boyunca satışlar üzrə birinci mövqeni tutur" – “Amazon” şirkətinin vitse-prezidenti Deyv Limp bildirib.





16/12/11    Çap et