Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti rekord texniki xüsusiyyətlərə malik 16 düymlük noutbuk təqdim edib


Cənubi Koreyanın “LG” elektronika istehsalçısı “Gram 16” leptopunu təqdim edib. Qurğu şirkətin rəsmi “YouTube” kanalında təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni “LG Gram 16” noutbukunun təsvir ölçüsü 2560x1600 piksel təşkil edir. Leptopun çəkisi 1,2 kq-dır.
 
“Gram 16” cihazında məhsuldarlığı “Intel Tiger Lake” platformasında işlənib hazırlanmış iki prosessor təmin edir: “Core i5-1135G7” və “Core i7-1165G7”. Seçimdən asılı olaraq əməli yaddaş 8 və ya 16 QB, “PCIe NVMe” daşıyıcısının tutumu isə 1 TB-dək ola bilər. İnteqrasiya edilmiş “Intel Iris Xe” sürətləndiricisi qrafikanı emal edir.
 
Noutbuk qara, ağ və gümüşü rəngli korpuslarda təklif edilir. “LG Gram” noutbuku 16 yanvar 2021-ci ildən Cənubi Koreyada əlçatan olacaq, dünyanın digər ölkələrində satışa çıxarılması ilə bağlı məlumat hələ ki yoxdur.
 
Emil Hüseynov




18/12/20    Çap et