Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bloomberg”: “Microsoft” öz prosessorlarının hazırlanmasına başlayıb


Proqram təminatı hazırlanması ilə məşğul olan ABŞ-ın “Microsoft” korporasiyası öz prosessorlarını hazırlamağa başlayıb. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, nəşrin mənbələrinin məlumatına görə, şirkət bulud xidmətlərinə xidmət göstərən kompüterlər üçün çiplərin yaradılması üzərində çalışır. Daha bir prosessor “Microsoft Surface” istehsal xəttindən olan bir sıra qurğular üçün hazırlanacaq.
 
Agentliyin həmsöhbətləri bildiriblər ki, korporasiya öz hazırlamalarında ARM arxitekturasından istifadə edəcək. Bundan əvvəl istehsalçı “Intel” firmasının prosessorlarından istifadə edib.
 
Emil Hüseynov




19/12/20    Çap et