Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər smartfonlar üçün bərpa oluna bilən material yaradıblar


Cənubi koreyalı alimlər çatları bərpa edən material üzərində işləyirlər. Koreya Elm və Texnologiyalar İnstitutunun komandasının tədqiqatı haqqında “Sciencealert” nəşri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, istehsalçılar ekranı örtən ənənəvi şüşəyə əvəzetmə hesab edilən rəngsiz polimid üzərində çalışırlar. Belə bir material elastik smartfonlarda tətbiq ediləcək.
 
Materialda polimerin qırılması vaxtı əmələ gələn çatlara nüfuz edə bilən kətan yağından istifadə edilib. Maddə havaya düşdükdə bərkiyir və material öz keyfiyyətini tamamilə bərpa edir.
 
Emil Hüseynov





24/12/20    Çap et