Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonu təqdim olunub


Çinin “Huawei” şirkəti “Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonunu təqdim edim edib. Smartfonun əsas xüsusiyyəti onun “Kirin 820E” adlı yeni birkristallı sistemlə təchiz edilməsindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeddi nanometrlik texnoloji proses üzrə hazırlanan “Kirin 820E” sisteminə 2,2 giqahers takt tezlikli üç “Cortex-A76” nüvəsi və 1,84 giqahers tezliyində işləyən üç “Cortex-A55” nüvəsi, eləcə də “Mali-G57” qrafik sürətləndiricisi daxildir. Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Əlavə olaraq “NM” yaddaş kartları üçün çıxış nəzərdə tutulub.

 

Məlumata görə, qurğu “Full HD ” təsvir ölçülü 6,5 düym diaqonallı “IPS” ekrana malikdir. Ön kamera 16 meqapiksellidir. Əsas kameraya 48 meqapikselli əsas görüntü sensoru və “F/1,8” diafraqmalı obyektiv, 8 meqapikselli enlibucaqlı kamera və səhnə dərinliyi və makroçəkilişin müəyyənləşdirilməsi üçün iki ədəd 2 meqapiksellik sensor quraşdırılıb.

 

40 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən “Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonunun akkumulyator tutumu 4 min milliamper/saat, qiyməti 355 dollar təşkil edir.

 

Nizam Nuriyev






25/01/21    Çap et