Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 12” smartfonunun insan sağlamlığı üçün əsas təhlükəsi məlum olub


“iPhone 12” smartfonu kardiostimulyator və başqa tibbi qurğular üçün elektromaqnit maneələr yarada bilir. Bu problem haqqında “Apple” şirkətinin saytında dərc edilmiş rəsmi sənəddə qeyd edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bu, öz işində maqnitlərdən istifadə edən yeni “MagSafe” aksesuarlar sistemi ilə əlaqədardır. Bir sıra tibbi cihazlar yaxın təmasda olduqda maqnitlərin işinə reaksiya verə bilər ki, bu da avadanlığın işində nasazlıq yarada bilər.

 

“Apple” korporasiyası istənilən “iPhone 12” və “MagSafe” aksesuarlarını təhlükəsiz məsafədə (15-30 sm) saxlamağı tövsiyə edir. Bundan başqa həkimlə və tibbi qurğunun istehsalçısı ilə məsləhətləşmək tövsiyə edilir.

 

Emil Hüseynov






26/01/21    Çap et