Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola”dan yeni smartfon


“Verizon” operatorunun saytında “Droid Razr Maxx” smartfonu haqqında məlumat verilib. “Motorola Mobility” şirkəti tezliklə yeni smartfon istehsal etmək niyyətindədir.

Yenilik “Razr” smartfonunun varisidir. Bu aparat 960×540 nöqtə kəskinlikli  4.3 düymlü sensor “Super AMOLED Advanced” ekranı, 1.2 QHz takt tezlikli ikinüvəli prosessor, 1 Qb əməli yaddaş, 16 QB tutumlu fləş modul, 8 meqapiksel kamera, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 4.0” adapterləri, “GPS” qəbuledicisi və s. ilə təchiz olunub.

“Droid Razr Maxx” smartfonu da “Razr” kimi nazik korpusa malik olacaq. Müşahidəçilər hesab edirlər ki, smartfon 4,5 düym diaqonallı yüksək kəskinlikli (ehtimal ki, 1280×720 nöqtə) sensor ekran ilə təchiz ediləcək.

Əməliyyat sistemi “Android” olacaq.Qiyməti və reliz müddəti haqqında informasiya hələ ki yoxdur.





20/12/11    Çap et