Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram” messenceri “WhatsApp” və başqa proqramlardan yazışmaların daşınması funksiyasını tətbiq edir


"Telegram" messenceri istifadəçilərin başqa proqramlarda, xüsusilə "WhatsApp"dakı yazışmalarının daşınması funksiyasını tətbiq edir. Bu yeniləmə "iOS" istifadəçiləri üçün əlçatan olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "indi başqa mobil tətbiqlərdən (məsələn, "WhatsApp", "Line" və ya "KakaoTalk") yazışmaların tarixçəsini "Telegram" messencerinə daşımaq olar" – "AppStore" proqramlar mağazasında yerləşdirilmiş yeniləmənin təsvirində belə deyilir.

 

Bundan başqa, yeni yeniləmə istifadəçilərə bütün iştirakçılar üçün yaradılmış qrupları, çatlar siyahısından məxfi çatları, həmçinin zənglərin tarixçəsini heç bir iz saxlamadan silməyə imkan verir.

 

Emil Hüseynov






28/01/21    Çap et