Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Adobe” şirkəti dördüncü rüb üzrə hesabat verib


Proqram təminatının ən böyük təchizatçılarından biri “Adobe” şirkəti  dördüncü rüb üzrə maliyyə nəticələrini elan edib.“Adobe” şirkətinin mədaxili dördüncü rübdə 1,152 milyard dollar təşkil edib.

Bu göstərici şirkətin şəxsi proqnozunu (1,075 mlrd-$1,125mlrd dollar) ötür. Analitiklərin proqnozu isə 1,086 milyard dollar idi. Xalis mənfəət 173,7 milyon dollar təşkil edib. 2010-cu maliyyə ilinin dördüncü rübü ilə müqayisədə bu göstərici 35%-dən çox azalıb.

“Adobe” şirkətinin illik mədaxili 4,2 milyard dollar olub. Bu göstərici keçənilki göstəricini (3.8 milyard dollar) ötüb.“Adobe” şirkətinin 1 il ərzindəki xalis mənfəəti 832,8 milyon dollar təşkil edib.





20/12/11    Çap et