Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elon Maskın şirkəti meymuna videooyunlar oynamağı öyrədib


Elon Maskın dəstəyi ilə yaradılmış "Neuralink" şirkəti meymunun beyninə çip yerləşdirib və onun köməyi ilə meymuna videooyunlar oynamağı öyrədib. Bu haqda Elon Mask məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, onun sözlərinə görə, bu prosesi nümayiş etdirən videoçarx təxminən 1 ay sonra dərc ediləcək.

 

"Neuralink" şirkəti 2016-cı ilin iyulunda Elon Maskın köməyi ilə Kaliforniyada təsis edilib. Firmanın prezidenti amerikalı iş adamı Maks Xodak, icraçı direktoru isə Cared Birkaldır.

 

Emil Hüseynov






02/02/21    Çap et