Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 7” sisteminə dəstəyin dayandırılmasından razıdır


2020-ci ilin yanvarında “Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin sonrakı dəstəyini rəsmən dayandırmışdı. Bir il sonra ABŞ şirkətinin nümayəndələri bu qərarın uğurlu olması barədə bildiriblər, çünki istifadəçilər ƏS-nin yeni aktual versiyalarına daha çox diqqət yetirməyə başlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft” korporasiyasının nümayəndəsi deyir ki, “Windows 7” sistemi üçün dəstəyin dayandırılmasından sonra şirkətin serverləri əməliyyat sisteminin “Windows 10”dək yenilənməsi üçün böyük sayda sorğu qeydə alıblar. “Microsoft”un hesablamasına görə, belə tendensiya 2021-ci ildə də saxlanılacaq.

 

Statistikaya görə, “Windows 7” sistemi ən populyar vaxtlarında dünyadakı hər dördüncü kompüterə quraşdırılmışdı, onun istifadəçilərinin sayı isə yüz milyonlarla hesablanırdı. 2021-ci ilin əvvəlində “Windows 7” dünyada hər beşinci kompüterə quraşdırılıb, onun bazar payı isə azalmağa davam edir.

 

Emil Hüseynov






02/02/21    Çap et