Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənub bölgəsində tam olaraq rəqəmsal yayıma keçilib


Cənub bölgəsi tamamilə rəqəmsal yayımın əhatə dairəsinə qatıldı. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, Astara və Lerik stansiyalarında rəqəmli TV avadanlığının qurulmasından sonra uyğun işlər Lənkəran və Cəlilabad stansiyasında da həyata keçirilməklə cənub bölgəsi tamamilə rəqəmsal yayımın əhatə dairəsinə qatılıb.

Texniki direktor yaxın vaxtlarda bütün Azərbaycanda rəqəmsal yayımın təmin ediləcəyini bildirdi.

 Qeyd edək ki, rəqəmsal yayım hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan,Cəlilabad, Astara, Poylu, Lerik, Lənkəran, Qəbələ, Şəki, Quba, Neftçala, Biləsuvar, Əhmədbəyli stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlardan əlavə ətraf rayonları da əhatə edir.






20/12/11    Çap et