Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” bazar kapitallaşmasına görə dünyada ikinci yerə yüksəlib


ABŞ-ın İT şirkəti “Microsoft” bazar kapitallaşmasına görə “Saudi Aramco” şirkətini geridə qoyaraq dünyada ikinci olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkətinin ümumi bazar kapitallaşması 1,828 trilyon dollar təşkil edir.

 

Birinci yeri əvvəlki kimi ABŞ-ın “Apple” (bazar kapitallaşması 2 trilyon dolları ötür) korporasiyası tutur. 2020-ci ilin sentyabrında “Apple” şirkəti birinciliyi “Saudi Aramco” neft-qaz şirkətinə təhvil vermişdi, amma sonra yenidən liderliyi geri qaytarıb.

 

ABŞ-ın “Microsoft” şirkəti 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Mənzil-qərargahı Redmondda (Vaşinqton ştatı) yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb.

 

Emil Hüseynov






04/02/21    Çap et