Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti elektrik avtomobilinin istehsalı ilə əlaqədar danışıqları dayandırıb


“Apple” şirkəti elektrik avtomobilinin birgə istehsalı ilə əlaqədar Cənubi Koreyanın “Hyundai Motor Company” və “Kia Motor” avtomobil istehsalçılarıyla danışıqları dayandırıb. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, agentlik əlavə məlumat verməyib. Eyni zamanda gələcəkdə bu müzakirələrin yenidən davam etdirilməsinin mümkünlüyü açıqlanmayıb. “Bloomberg”in mənbələrinin məlumatına görə, “Apple” digər avtomobil istehsalçıları ilə də müvafiq danışıqlar aparıb.

 

Bundan əvvəl “CNBC” televiziya şirkəti “Apple” brendinə məxsus elektrik avtomobillərinin hazırlanması haqqında xəbər vermişdi. Məlumata görə, korporasiya proqram təminatının hazırlanması və avadanlıqlar üçün məsuliyyət daşıyacaq.

 

Emil Hüseynov






08/02/21    Çap et